EN

Zelenskinin komandasında dəyişiklik: Baş nazir müdafiə naziri olur

Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində icraedici hakimiyyətdə böyük dəyişikliklər olacağını elan edib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, Zelenski baş nazir Denis Şmıqalla mühüm söhbət apardığını, söhbət zamanı bu dəyişikliklərin həyata keçirilməsi ilə bağlı strateji addımların müzakirə olunduğunu bildirib. Prezidentin sözlərinə görə, transformasiya müdafiə sektoruna təsir edəcək: "Biz partnyorlarımızla hər bir müqavilənin icra vəziyyətini - real olaraq hansı hissənin həyata keçirildiyini yoxlamaq lazımdır. Biz həmçinin qeyri-kritik dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmalı və mümkün qədər - tənzimləmə yolu ilə - ictimai vəsaitləri iqtisadi inkişafa yönəltməliyik.

Əsas odur ki, daha çox Ukrayna istehsalı, o cümlədən silah istehsalı, daha çox Ukrayna gücümüz, daha çox öz imkanlarımız olsun. Və əsas səfirliklərdə yeni kadr qərarları". RBK-Ukrayna-nın yazdığına görə, başlanmaqda olan həftə ərzində Ukraynada yeni hökumət artıq formalaşa bilər. Bildirilir ki, hazırkı baş naziri Denis Şmıqalın müdafiə naziri təyin edilməsi planlaşdırılır.

Hazırda baş nazirin birinci müavini vəzifəsini tutan Yuliya Svırıdenko yeni hökumətə rəhbərlik edəcək.
Hazırı müdafiə naziri Rüstəm Umerovun isə ABŞ-a səfir göndəriləcəyi gözlənilir. Zelenski ötən həftə bu vəzifəni Umerovdün başqa heç kimin daha layiqli icra edə bilməyəcəyini vurğulayıb.

 

Musavat.com

Chosen
54
15
musavat.com

10Sources