EN

Şmıqal gələn həftə müdafiə naziri olur

Ukraynada yeni hökumətdə artıq növbəti həftə baş nazir Deniş Şmıqal yeni müdafiə naziri ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, prezident Vladimir Zelenski bununla bağlı müvafiq qərar qəbul edib. Hazırki baş nazirin müavini Yuliya Svidirenko isə yeni kabinetdə hökumət başçısı olacaq.

Bundan əlavə, MN rəhbəri Rüstəm Umerovun da ABŞ-a səfir göndəriləcəyi barədə də məlumatlar yayılıb.

Chosen
51
15
axar.az

10Sources