EN

“Beşiktaş”dan üçüncü transfer

“Benfika”nın yarımmüdafiəçisi Orkun Kökçünün “Beşiktaş” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun transferi ilə bağlı onunla və klubu ilə tam razılıq əldə olunub. Müqaviləyə əsasən, Kökçü 2025/2026 mövsümündə İstanbul təmsilçisində icarə əsasında çıxış edəcək və bu dövr üçün Portuqaliya təmsilçisinə heç bir icarə haqqı ödənməyəcək.

Sazişdə nəzərdə tutulan şərtlər yerinə yetirildiyi halda, oyunçunun transferi avtomatik şəkildə qalıcıya çevriləcək. Belə olan təqdirdə, 2026/2027 mövsümündən etibarən “Beşiktaş” Orkun Kökçünün transferi üçün ümumilikdə 25 milyon avro ödəyəcək. Bu məbləğ 2030-cu ilə qədər hissə-hissə ödənəcək.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Benfika”nın formasını geyinir.

Chosen
13
1
90deqiqe.az

2Sources