EN

Türkiyədə sürücü avtomobili ilə birlikdə dənizə düşdü - FOTO

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda sürücü idarəetməni itirdikdən sonra avtomobil dənizə düşüb.

Avtosfer.az bu barədə IHA agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb və ardınca dənizə düşüb.

Sürücü batmaqda olan maşınının üstünə çıxaraq xilas ola bilib. Bu vəziyyətdə bir neçə dəqiqə gözləyən sürücünün köməyinə ətafdakı balıqçılar çatıblar.

Onlar sürücünü qayıqlarına alaraq sahilə çıxarıblar.

Chosen
26
avtosfer.az

1Sources