Ölkədə avrokubok oyunlarını yayınlayan tək kanal “CBC Sport” olsa da, “Sabah”ın oyunlarını məlum səbəblərdən İTV göstərir.
Bəs “Selye” ilə səfər oyununun yayını necə olacaq? Sualı İctimai Televiziyanın İdman Departamentlərinin rəhbəri Kənan Hakimova ünvanladıq. Məlum oldu ki, kanal “bayquşlar”ın cavab oyununu da canlı yayınlayacaq.
Xatırladaq ki, Masazırda keçirilən, 2:3 hesabı ilə bitən oyun Tural Dadaşovun şərhi ilə İTV-də yayınlanıb.
MÜZƏFFƏR QULUZADƏ