EN

Rafael Vyeqas “İmişli”də - Rəsmi

Portuqaliyanın “San Juan de Ver” klubunun sağ cinah müdafiəçisi Rafael Vyeqas bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu 2026-cı ilin 30 iyununadək “İmişli”nin formasını geyinəcək.

Tam adı Rafael Ferreyra Vyeqas olan futbolçu Braziliyanın “Real Braziliya” klubunun yetirməsidir. O, Portuqaliyada “Aqueda”, “Şaveş”, “Salqyeros”, “Felqeyras”, “Vilaverdense”, Çexiyada “Znoymo” kimi klubların da formasını geyinib.

Qeyd edək ki, Rafael Vyeqas yarımmüdafiədə və vinger kimi də oynamağı bacarır.

Xatırladaq ki, “İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli və Ronaldo Rodriqesi də heyətinə qatmışdı. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov və Dioqo Vaskes Rollo ilə də yeni müqavilə imzalanıb. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov isə komandanı tərk ediblər.

Chosen
30
arena.az

1Sources