EN

Rusiyada azərbaycanəsilli polis rəisi tutuldu

Rusiyanın Nijni Novqorod aeroportunun Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iddiaya görə, polis polkovnik-leytenantı Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.

Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Chosen
36
8
milli.az

10Sources