Azərbaycanda isti havalarla bağlı xəbərdarlıq edildi
İyulun 14-də Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əhalinin əksər hissəsi üçün əlverişsizdir. Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"Günorta saatlarında açıq havada qalmaq uzun müddət məsləhət deyil", - deyə məlumatda qeyd edilib.