EN

İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum olub - YENİLƏNİB

İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum olub.
APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb:
“İsmayıllıda itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu”.


***
12 iyul saat 15: 39

İsmayıllıda 40 yaşlı qadın itkin düşüb.

DİN-dən APA-ya verilən məlumata görə, İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.


Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Chosen
10
9
sherg.az

10Sources