"Çelsi"nin kapitanı Ris Ceyms Fransa PSJ-sinə qarşı keçirəcəkləri klublararası dünya çempionatının final oyunundan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Ceymsin fikirlərini belə təqdim edib:
"PSJ dünyanın ən maraqlı komandalarından biridir, lakin qarşıda bir oyundan ibarət final var. Hamı onların favorit olduğunu düşünür, ancaq mən favorit olduğumuz bir çox finallarda olmuşam və birinci yeri tutmamışam. Ona görə də bu, mənim üçün çox şey ifadə etmir".
Xatırladaq ki, turnirin həlledici qarşılaşması bu gün, iyulun 13-də baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.