EN

"Sabah"a iki qol vuran xorvatiyalı forvard: “Bacardıq”

“İlk hissədə istədiyimiz performansı göstərə bilməsək də, ikinci yarıda oyuna nəzarəti ələ almağı bacardıq.

Rəqib birinci hissədə çox yaxşı mübarizə apardı”.

Sportinfo.az xəbər verir ki, bunu “Selye" nin forvardı Franko Kovaçeviç Əlincə stadionunda ("Bank Respublika Arena") “Sabah”a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Hər iki hissənin əvvəllərində fərqlənərək, "dubl" edən 26 yaşlı xorvatiyalı hücumçu qələbənin heç də asan başa gəlmədiyini bildirib:

“Bizim üçün çətin oyun oldu. Düzdür, 3 qol vurduq. 2 qolla komandama kömək etdiyim üçün sevinirəm.

Amma gərgin görüş keçdi. “Sabah” bizə qarşı yaxşı mübarizə apardı”.

Chosen
9
sportinfo.az

1Sources