ABŞ-ın Yuta ştatının San-Xuan dairəsində yayılan və artıq üç gündür nəzarətdən çıxan meşə yanğınları zamanı “alov burulğanı” kameraya düşüb.
Bizim.Media xəbər verir ki, Bu nadir və təhlükəli təbiət hadisəsi KUTV telekanalı tərəfindən qeydə alınıb.
Məlumata görə, yanğın nəticəsində azı 10 ev tamamilə məhv olub, daha 140 ev isə təhlükə altındadır. Yanğının əhatə etdiyi ərazi artıq 3 min hektarı keçib.
Alovun miqyası o qədər genişlənib ki, hətta Kolorado ərazisinə də keçib, burada enerji infrastrukturunun bir hissəsi tamamilə məhv edilib.
Yerli hakimiyyət orqanları bölgə sakinlərini təcili şəkildə evakuasiya olunmağa çağırır, çünki yanğının yayılma sürəti yüksəkdir və hava şəraiti onun genişlənməsini daha da sürətləndirir.
Mütəxəssislər bildirirlər ki, yüksək temperatur, güclü külək və quru iqlim şəraiti bu cür yanğınların qarşısının alınmasını son dərəcə çətinləşdirir.
Bizim.Media