Daşkəsən rayonunda 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quluzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Gəncin hansı səbəbdən zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.