EN

"Zirə"nin rəqibi 3-cü oyununda da qalib gəldi

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb.

QOL.az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovinanın “Posuşe” klubuna 1:0 qalib gəlib.

Bu, "Hayduk"un Sloveniya toplanışı çərçivəsində 3-cü qələbəsidir. Komandailk matçında SSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib. Xorvatiya klubu “Radomlje”ni (Sloveniya) eyni hesabla üstələyib.  

Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.

Chosen
54
2
teleqraf.com

3Sources