Abşeronda 32 yaşlı kişi özünü güllələyib.
"Unikal"ın məlumatına görə, hadisə Abşeronun Masazır qəsəbəsində qeydə alınıb. Belə ki Kəlbəcər rayonun Soyuqbulaq kənd sakini 1993-cü il təvəllüdlü Cabid Nuruyev gecə saatlarında fermada özünə ov tüfəngi ilə atəş açıb. 32 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməldaşları cəlb edilib. Onun hansı səbəbən özünə atəş açması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov