EN

Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik – Rusiya MN


İyulun 13-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 36 pilotsuz təyyarəni məhv edib və ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Pilotsuz təyyarələrin əksəriyyəti (26) Belqorod vilayətinin ərazisində vurulub. Daha dörd pilotsuz uçan aparat Voronej vilayəti üzərində, üçü isə Lipetsk və Nijni Novqorod vilayətləri üzərində məhv edilib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev gecə saatlarında rayonların birində bir neçə pilotsuz təyyarənin aşkar edilərək məhv edildiyi barədə məlumat verib. O, başqa təfərrüatları açıqlamayıb.
Chosen
10
yeniavaz.com

1Sources