Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
Bəs, bu qərar yanacağın qiymətinə təsir edəcəkmi?
Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda həm dizel, həm də 92 markalı benzinin qiyməti dövlət tərəfindən - Tarif Şurası vasitəsilə tənzimlənir.
O qeyd edib ki, buna görə də, bu yanacaq növlərinə tətbiq olunan aksiz və ya digər rüsumlardakı dəyişikliklər birbaşa qiymətlərə təsir etmir: "Son dövrlərdə Azərbaycan xaricdən daha çox dizel və 92 oktanlı benzin idxal edir. Xaricdən alınan yanacağın qiymətində artımın qarşısını almaq və yerli şirkətlərə əlavə yük düşməməsi üçün dövlət bu sahədə müəyyən qərarlar qəbul edib".