EN

Ərdoğandan TRT kanalı ilə bağlı SƏRƏNCAM - Bu şəxslərə yüksək VƏZİFƏ verdi

Türkiyə Radio və Televiziya Qurumu (TRT) rəhbərliyində yeni təyinatlar olub.

Musavat.com xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncama əsasən, qurumun baş direktoru və idarə heyətinin tərkibi yenilənib.

2021-ci ildən TRT-yə rəhbərlik edən Mehmet Zahid Sobacı yenidən baş direktor təyin olunub. O, bu təyinatdan sonra sosial şəbəkədə paylaşım edərək Prezident Ərdoğana təşəkkürünü bildirib və TRT-nin inkişafı üçün səylə çalışacağını vurğulayıb.

Eyni zamanda, Bursa Uludağ Universitetinin rektoru Ferudun Yılmaz TRT İdarə Heyətinin yeni sədri təyin olunub. O, bu vəzifədə jurnalist Hilal Kaplanı əvəz edib.

 

Qeyd edək ki, Ferudun Yılmaz iqtisadi fəlsəfə və media siyasətləri sahəsində akademik fəaliyyətlə məşğuldur. Onun sədr təyinatı, TRT-nin idarəçilikdə daha strateji və akademik yanaşma sərgiləyəcəyinə dair gözləntiləri artırıb.

Yeni rəhbərlik TRT-nin rəqəmsal transformasiya, beynəlxalq yayım və ictimai yayım prinsiplərinə əsaslanan inkişaf xəttini davam etdirmək niyyətindədir.

Musavat.com

Chosen
16
2
musavat.com

10Sources