EN

"ChatGPT" şahmatda Karlsenə uduzdu

"ChatGPT" norveçli qrossmeyster Maqnus Karlsenə uduzub.

"Ölkə.az" xəbər verir ki, bu barədə şahmatçı "X" sosial şəbəkəsində məlumat verib və oyun zamanı heç bir fiqur itirmədiyini qeyd edib.

Karlsen çatbotdan onun oyun səviyyəsini qiymətləndirməsini istəyib. "ChatGPT" norveçlinin taktiki qərarlarını yüksək qiymətləndirərək onun FIDE və ya USCF-ə görə 1800-2000 reytinqinə malik olduğunu irəli sürüb. Bu arada, süni intellekt real reytinqi 2839 olan şahmatçını daha aşağı qiymətləndirib.

Şahmat ictimaiyyətində "ChatGPT"nin qiymətləndirməsi istehza ilə qarşılanıb. İstifadəçilər zarafatla qrossmeyster üçün USCF-ə görə 1800 reytinqi yaxşı nəticə adlandırıblar.

Chosen
10
1
olke.az

2Sources