EN

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" təşkil olunub

Yeni Azərbaycan Partiyası şəhər təşkilatının təşəbbüsü və şəhər icra hakimiyyətinin dəstəyi  ilə şəhid övladları üçün Gəncədə növbəti "Yay məktəbi" təşkil olunub.

4 gün davam edən "Yay məktəbi"nin ilk günu şəhid övladları ŞİH-in başçısı Niyazi Bayramov, YAP şəhər təşkilatının sədri Bayram Aslanov, şəhər icra hakimiyyəti başçısı aparatının əməkdaşları və partiya fəalları ilə birgə Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsini ziyarət ediblər.  

Sonra uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında Bayram Aslanovla səmimi söhbət ediblər. B.Aslanov bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, onların xatirəsi daim əziz tutulur və adları əbədiləşdirilir: "Şəhid ailələri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. 44 günlük Vətən müharibəsində şəhid olanların qəhrəmanlığı və onların ailələrinin göstərdiyi təmkin, dözüm gənc nəslə örnəkdir".

"Yay məktəbi" proqramı çərçivəsində iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə aid eksponatlarla tanış olublar. Proqramın üçüncü günündə uşaqlar Gəncə şəhərində yerləşən "İmamzadə" dini kompleksini ziyarət ediblər. Sonuncu gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğunda və Göygöl rayonu ərazisində yerləşən "Xan yurdu" yaylaq düşərgəsində olublar.

1Sources