EN

FOTO: “Sabah”la oyun günü komandadan ayrılacaq - 9 ildən sonra

Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi "Tsele" qapıçısı Matyaj Rozmanla vidalaşır.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı yaşlı qapıçı 9 il çıxış etdiyi kollektivdən ayrılır.

İyulun 17-də "Sabah"a qarşı cavab görüşü Rozman üçün xüsusi əhəmiyyətə malik olacaq. Həmin gün o, fəxri qonaq kimi "Tsele" azarkeşləri ilə sağollaşacaq.

Matyaj Rozman "Tsele"nin heyətində 208 oyunda forma geyinib, 2 dəfə Sloveniya çempionu və 1 dəfə ölkə kubokunun sahibi olub.

Chosen
40
45
sportinfo.az

10Sources