Mövsümlərarası fasilədə Gəncə təmsilçisi Adama Fofana ilə iki illik müqavilə imzalayıb.
Day.Az xəbər verir ki, 25 yaşlı Burkina-Faso futbolçusu sol cinah müdafiəçisi kimi çıxış edir.
Adama son mövsümü Türkiyənin "Adanaspor" klubunda keçirib. Ondan əvvəl İsveçin "Varberq" və Fransanın "Dijon" komandalarında oynayıb.
Qeyd edək ki, Fofana Burkina-Faso milli komandasında 2 oyun keçirib.