Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin I rübündə Azərbaycanın magistral kəmərləri ilə 20 milyard kubmetr qaz nəql olunub. Qaz nəqlinin 55,5 faizi Bakı – Tbilisi – Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.
Qeyd edək ki, adıçəkilən boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağından hasil olunan qaz ixrac edilir. Hesabat dövründə bu infrastrukturla 11 milyon 236 min kubmetr qaz ötürülüb.
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 milyon 348 min kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7 faiz artım müşahidə olunub. Qaz nəqlinin 56,6 faizi Bakı – Tbilisi – Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 milyon 852 min kubmetr (illik müqayisədə 4,3 faiz çox) qaz ötürülüb.