EN

Millimiz Maltaya QALİB GƏLDİ

Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunda 5-ci yer uğrunda mübarizə aparır.

Bizim.Media xəbər verir ki, millimiz bu gün 5-9-cu yerlər uğrunda qrup mərhələsinin 3-cü oyununa keçirib.

Komandamız Malta ilə qarşılaşıb. Görüş basketbolçularımızın 77:46 (11:11, 21:15, 23:11, 22:9) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız sabah Moldova ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki komandanın hesabında 6 xal var qalib gələn tərəf 5-ci yerə sahib çııxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
22
bizim.media

1Sources