Xorvatiya yığmasının futbolçusu Luka Modriç sosial media səhifəsində artıq keçmiş klubu "Real Madrid"lə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi tezliklə "kral klubu"na qayıda biləcəyinə işarə vurub.
"Real Madrid" - mənim 13 il ərzində evim. Mənim həmişəlik evim. "Əlvida" demirəm, "tezliklə görüşərik" yazıram", - deyə L.Modriç vurğulayıb.
Qeyd edək ki, xorvat futbolçu Madrid təmsilçisində son oyununu iyulun 10-da klublararası dünya çempionatının yarımfinalında PSJ-yə qarşı keçirib (0:4).
Modriç yaxın günlərdə "Milan"la 2026-cı ilin iyununadək nəzərdə tutulan müqaviləni rəsmiləşdirəcək.