EN

Maqnus Karlsen "ChatGPT"ni məğlub etdi

Norveçli qrossmeyster Maqnus Karlsen süni intellekt əsasında işləyən "ChatGPT" ilə şahmat oyunu oynayıb və onu heç bir fiqur itirmədən məğlub edib.

Publika.az xəbər verir ki, bu barədə şahmatçı "X" sosial şəbəkəsində paylaşım edib.

Oyundan sonra Karlsen "ChatGPT"dən onun oyun səviyyəsini qiymətləndirməsini istəyib. Süni intellekt şahmatçının taktiki qərarlarını yüksək dəyərləndirsə də, onun reytinqini FIDE və ya USCF sisteminə görə 1800–2000 arası təxmin edib. Halbuki Karlsenin real FIDE reytinqi 2839-dur və bu, onu dünyanın ən güclü şahmatçılarından biri edir.

Chosen
17
2
publika.az

3Sources