Daşkəsən rayonunda 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quluzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Gəncin hansı səbəbdən zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"