EN

40 yaşlı Kasorla daha bir mövsüm oynayacaq

40 yaşlı Santi Kasorla karyerasını daha bir mövsüm davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, "Ovyedo" ilə 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Kasorla "Ovyedo"nun yetirməsidir və 2023-cü ildə doğma komandasına dönüb. Təcrübəli yarımmüdafiəçi klubun uzun müddətdən sonra İspaniya La Liqasında dönməsində böyük pay sahibi olub. "Ovyedo" pley-offun finalında penalti seriyasında "Mirandes"ə qalib gəlib - 0:1, 3:1.

Qeyd edək ki, Santi karyerası ərzində "Vilyarreal", "Malaqa", "Arsenal" kimi klublarda çıxış edib. O, İspaniya yığmasının heyətində AVRO-2008 və DÇ-2012 turnirlərinin qalibi olub.

İdman.biz

Chosen
19
idman.biz

1Sources