Bakı, 13 iyul, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Arçi Braunun transferini rəsmiləşdirib.
İyirmi üç yaşlı ingilis müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.