EN

Xaçmazda avtomobil çaya aşıb: Yaralanan var - FOTO

Xaçmaz-Niyazabad kənd yolunda yol nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, çimərliyə aparan yolda "Range Rover" markalı avtomobil idarəetməni itirərək Qudyalçaya aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
19
7
cebheinfo.az

8Sources