EN

Şəkidə 15 hektarlıq taxıl sahəsində yanğın baş verib

Şəki rayonunun iri taxılçılıq yaşayış məntəqələrindən biri olan Çayqaraqoyunlu kəndi ərazisində biçilmiş taxıl sahəsində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən Operativ Media-ya bildirilib ki, havanın isti və küləkli olması yanğının qısa zamanda genişlənməsinə səbəb olub və yanğın nəticəsində ümumilikdə 15 hektar sahə əhatə olunub.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Eyni zamanda, yerli icra və bələdiyyə nümayəndələri də hadisə yerinə gələrək koordinasiyalı fəaliyyət göstəriblər.

Görülən operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb və mühafizə səddi yaradılıb. Yanğının başvermə səbəbləri araşdırılır.

1Sources