EN

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Sfera.az bildirir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

 

"Fabrikdə nahardan sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıblar", - məlumatda qeyd olunur.

 

Qida zəhərlənməsi şübhəsi ilə bağlı araşdırmalara başlanılıb.

Chosen
25
10
sfera.az

10Sources