Ajans.az xəbər verir ki, alman komandası İngiltərə təmsilçisi “Notts Kaunti” ilə qarşılaşıb. Oyun zamanı “Kayzerslautern” artıq ilk 10 dəqiqədə üç qol vuraraq üstünlük əldə edib. Qollardan biri – üçüncüsü Mahir Emrelinin aktivinə yazılıb. Matç 4-0 hesabı ilə başa çatıb. Mahir Emreli ikinci hissə əvəzlənib.
Qeyd edək ki, Emreli daha öncə “Saar/Lüksemburq komandası ilə keçirilən yoxlama görüşündə də qol vuraraq fərqlənmişdi.