EN

Millimizin üzvü Azərbaycan klublarına keçmək istəməyib

Ötən mövsümü “Şamaxı”da keçirən Cəlal Hüseynov müqavilə ilə məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb.

Bizim.Media xəbər verir ki, müdafiəçi Premyer Liqa təmsilçisindən ayrılandan sonra Azərbaycan klublarından təklif alıb. Cəlal legioner həyatı yaşamaq istədiyi üçün “yox” deyib və “Arda”ya dönüb.

Cəlal Azərbaycanda “Şamaxı”dan əlavə, “Zirə”də də çıxış edib. Onun “Arda” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
2
2
bizim.media

3Sources