EN

“PSJ favorit sayıla bilər, amma..."

“Çelsi”nin kapitanı Ris Ceyms Klublararası Dünya Çempionatının final qarşılaşması öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı müdafiəçi bu barədə klubun rəsmi saytına danışıb.

“Bu qarşılaşma çox yüksək səviyyəli olacaq. PSJ hazırda dünyanın ən güclü komandalarından biridir. Amma bu finaldır — bir oyundur. Bizi favorit saymırlar, amma mən dəfələrlə favorit olduğumuz final oyunlarında məğlub olduğumuzu xatırlayıram. Ona görə bu mənim üçün o qədər də böyük əhəmiyyət daşımır. Açığı, kimin nə dediyi də vecimə deyil.

Hamı rəqibimizdən danışır, amma biz oyuna tam hazır olacağıq və qalib gələcəyik. Ağır matç gözləyirik. Yaxşı komanda olduqlarını bilirik, amma biz də güclü komandayıq və düşünürəm ki, bir çoxlarını təəccübləndirəcəyik. Başlanğıcdan bu vaxta qədər uzun bir yol keçmişik. İndi səbirsizliklə bazar gününü gözləyirik”.

Final oyunu 13 iyul tarixində ABŞ-da keçiriləcək. “Çelsi” və “PSJ” ilk dəfə Klublararası Dünya Çempionatının finalında qarşılaşacaq.

Chosen
6
90deqiqe.az

1Sources