16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatı C divizionunda 5-9-cu yerlər uğrunda ilk oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız Malta seçməsinə 77:46 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində yeniyetmə basketbolçularımız 5-ci yer uğrunda mübarizə aparmaq imkanı yaxalayıblar.

Bu məqsədlə komandamız sabah Bakı vaxtı ilə saat 16:00-da Moldovanı sınağa çəkəcək.