“Real” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Almeriya”dan Rəşad Fattalı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı oyunçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Rəşad əvəzedici komandada oynayacaq.
Madrid klubu transfer üçün “Almeriya”ya 900 min avro ödəyib.