Sea Breeze

Ukrayna prezidenti Volodimir Zelenski uzunmüddətli hakimiyyət niyyətində olmadığını açıq şəkildə bəyan edib. O, prezident postunu 30 il və ya daha artıq müddətdə icra etmək niyyətində olmadığını bildirib.

Redaksiya xəbər verir ki, Zelenski BBC jurnalistinə söhbəti zamanı bu sözləri deyib: “Mən Putin deyiləm və 30 il, ya da nə qədərsə — 35 il prezident olmayacağam. Olmayacağam.”

Jurnalistin “Həqiqətən?” sualına cavab olaraq dövlət başçısı bildirib: “Yox, yox, inanın mənə. Bu, o deməkdir ki, mən bu vəzifəni vicdanla yerinə yetirməli və öz hörmətimi, özünə hörmətimi qorumalıyam. Bu, mənim üçün çox vacibdir. Ailəm üçün, övladlarım üçün vacibdir. Mənim üçün bu, olduqca önəmlidir. Eləcə də, əlimdən gələn hər şeyi bacardığım qədər düzgün və ən yaxşı şəkildə etmək mənim üçün vacibdir.”

Sevinc Kərimova

ETX
ETX
ETX