Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Kayzerslautern"in (Almaniya) heyətində bu gün növbəti oyununa çıxıb.
Operativ Media xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi doğma "Fritz-Walter-Stadion"un məşq meydanında İngiltərənin səviyyəcə 4-cü Divizionunda (Liqa 2) çıxış edən "Notts Kaunti" ilə üz-üzə gəlib.
Emreli start heyətində meydana çıxıb.
Matç "Kayzerslautern"in 4:0 hesablı qələbəsiylə başa çatıb. Almaniya klubu qollardan 3-nü ilk 10 dəqiqədə vurub. Komandanın 3-cü qolunun müəllifi Emreli olub.
"Notts Kaunti" oyunçusunun qırmızı vərəqə alması səbəbindən 41-ci dəqiqədə etibarən azlıqda mübarizə aparıb.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl "Kayzerslautern"in Lüksemburqun "Saar" (19:0) və "Hermersberq" (Almaniya) ilə yoldaşlıq görüşlərinin hər birində bir qol vurmuşdu.