EN

KİV: Suriya və İsrail rəsmiləri Bakıda birbaşa danışıqlar aparacaq

Azərbaycan Suriya və İsrail arasında birbaşa danışıqlar üçün platforma təmin edəcək.

Operativ Media xəbər verir ki, bu barədə AFP agentliyi suriyalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iki ölkənin nümayəndə heyətləri Bakıda birbaşa danışıqlar aparacaq. Nümayəndə heyətlərinin tərkibinə iki ölkənin rəsmiləri daxil olacaq.

Danışıqların tarixi və gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa bu gün elan edilməmiş səfərlə Bakıya gəlib. Bu, siyasətçinin Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə dar və geniş tərkibdə danışıqlar aparılıb.

Chosen
9
7
operativmedia.az

10Sources