EN

"Barselona" isveçli vingeri aldı

İspaniya çempionu "Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Kopenagen"dən gənc Roni Bardjini alıb.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Xəbərdə bildirilir ki, futbolçu ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona" isveçli vinger üçün qarşı tərəfə 2 milyon avro ödəyib.

Kamil Xudiyev

Chosen
4
fanat.az

1Sources