EN

Rusiya və Şimali Koreya NATO-ya meydan oxuyur: Lavrovdan Qərbə sərt mesaj – “Şər geri çəkilməlidir!”

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva ilə Pxenyan arasında bağlanmış strateji tərəfdaşlıq sazişinin “sarsılmaz şəkildə icra olunduğunu” və gələcəkdə də bu əməkdaşlığın daha da güclənəcəyini bildirib.

Musavat.com-un hazırladığı xəbərdə bildirilir: Lavrov açıq şəkildə bəyan edib ki, Rusiya və Şimali Koreya Avrasiyanı NATO-nun təsir zonası, “malikanəsi” halına gətirmək istəyən Qərb planlarına qarşı birgə mübarizə aparır. O, xüsusilə vurğulayıb:

“Şər geri çəkilməlidir!”

Bu bəyanat eyni zamanda ABŞ, Yaponiya və Cənubi Koreyaya da ciddi xəbərdarlıq kimi səslənib. Lavrov əlavə edib ki, Moskva və Pxenyan Qərbin regionda hərbi-siyasi avantüralarına qarşı vahid cəbhə formalaşdırır və bu prosesdə geri addım atmaq fikrində deyillər.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda Rusiyanın Kursk vilayətində Şimali Koreya əsgərlərinin xatirəsinə xüsusi abidə ucaldılacaq. Bu addım, Lavrovun dili ilə desək, “əsl tarixi qardaşlığın və ortaq cəbhənin rəmzi” olacaq.

Ekspertlər hesab edirlər ki, Moskvanın Pxenyanla hərbi-siyasi yaxınlaşması Qərbin planlarını pozmağa, NATO-nun Avrasiyada dərinləşməsini əngəlləməyə hesablanıb. Bu isə bölgədə gərginliyi daha da artırmaq təhlükəsi yaradır.

Musavat.com

Chosen
20
37
musavat.com

10Sources