EN

Aİ-də nə qədər insan yaşayır? - Ən çox əhaliyə sahib ölkə bəlli oldu


Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin ümumi əhalisi 2025-ci il etibarilə 450,4 milyon nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) tərəfindən yayımlanan məlumata əsasən, Aİ ölkələrinin 1 yanvar 2025-ci il tarixindəki əhali göstəriciləri müəyyənləşdirilib.
Buna görə, 2024-cü ilin əvvəlində 449,3 milyon nəfər olan Aİ-nin əhalisi 2025-ci ildə 1,1 milyon nəfər artaraq 450,4 milyona yüksəlib.
83,6 milyon nəfərlik əhalisi ilə Almaniya Aİ-nin ən çox əhalisi olan ölkəsi olub. Onu 68,6 milyonla Fransa, 58,9 milyonla İtaliya, 49,1 milyonla İspaniya, 36,5 milyonla Polşa, 19 milyonla Rumıniya, 18 milyonla Niderland və 11,9 milyonla Belçika izləyib.
Aİ-nin ən az əhaliyə sahib üzv ölkələri isə 574 min nəfərlə Malta və 681 min nəfərlə Lüksemburq olub.
Bununla da, Aİ əhalisi 2021-ci ildə COVID-19 pandemiyasının təsirləri səbəbilə yaşanan azalmadan sonra dörd il ardıcıl olaraq artım göstərib. Əhalidəki bu artım, xüsusilə pandemiyadan sonra artan miqrasiya axınları ilə əlaqələndirilib.

 


Chosen
10
7
nuh.az

10Sources