Mahir Emreli "Kayzerslautern" forması ilə növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, onun komandası yoxlama oyununda "Notts Kaunti" ilə qarşılaşıb.
"Kayzerslautern" bu görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.
M. Emreli komandasının 3-cü qolunun müəllifi olub.
O, yeni komandasında ümumilikdə də 3-cü qolunu vurub.
Qeyd edək ki, "Nürnberq"dən ayrılan Azərbaycan yığmasının hücumçusu azad agent kimi ötən ay "Kayzerslautern"ə qoşulub.