EN

Tehranda güclü partlayış oldu - Video

İranın paytaxtı Tehranda güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Partlayışın Tehranın cənub-qərbində, Mehrabad hava limanı yaxınlığında olduğu ehtimal edilir.

Bəzi media qurumları da partlayışın dəqiq yerini aeroport kimi göstərsə də, dövlət mediası bu iddianı dərhal təkzib edib.

Hazırda partlayışın səbəbi və miqyası barədə rəsmi açıqlama verilməyib.

Chosen
3
5
axar.az

6Sources