Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Karvan” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, Yevlax klubu David Oliveira Silva ilə müqavilə bağlayıb.
28 yaşlı braziliyalı hücumçu ilə anlaşma 1 il müddətinə nəzərdə tutulub.
Oliveranın son klubu Malta təmsilçisi “Zabbar” olub.
Qeyd edək ki, “Karvan” yeni transferini dəvə ilə təqdim edib.