Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası "Kayzerslautern" növbəti yoxlama oyununda qüvvəsini sınayır.
İdman.biz xəbər verir ki, II Bundesliqa təmsilçisi İngiltərənin səviyyəcə 4-cü divizionunda (Liqa 2) çıxış edən "Notts Kounti" ilə qarşılaşır.
İlk hissədən sonra 3:0 hesabı irəlidə olan "Kayzerslautern" hər üç qolu ilk 10 dəqiqədə vurub. Komandanın üçüncü qoluna Emreli imza atıb.
"Notts Kounti" oyunçusunun 41-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.
İdman.biz