EN

İsrailin hücumundan sonra İranda 50 nəfərə cinayət işi açılıb

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin İrana qarşı hücumu və 12 günlük hərbi qarşıdurmadan sonra sosial şəbəkələrdə "şayiə yaymaq və panika yaratmaq" ittihamı ilə Tehranda 50 nəfərə qarşı məhkəmə işi açılıb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangir mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, həmin şəxslər cəmiyyətdə qorxu və çaşqınlıq yaratmaq məqsədilə yalan məlumatlar paylaşmaqda ittiham olunurlar.

Hazırda hüquqi proses davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
172
50
oxu.az

10Sources