EN

“Real”ın hücumçusu iki ay meydana çıxa bilməyəcək


“Real Madrid”in braziliyalı hücumçusu Endrik bud nahiyəsindən aldığı zədənin təkrarlanması səbəbindən iki ay meydana çıxa bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb.
Bildirilir ki, 18 yaşlı futbolçu may ayında aldığı zədədən sonra ABŞ-də keçirilən Klublararası Dünya Çempionatında Xabi Alonsonun komandasına qoşulsa da, məşq zamanı yenidən zədələnib.
Qeyd edək ki, Endrik ötən mövsüm “Real Madrid”in heyətində 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Chosen
3
1
yeniavaz.com

2Sources