"Qarabağ"ın hücumçusu Redon Cicanın “SSPA Şabab Riadi Beluizdad”a transferinin detalları məlum olub.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, "köhlən atlar" Əlcəzair klubu ilə 2 illik müqavilə imzalayan albaniyalı hücumçuya görə qarşı tərəfdən təzminat istəməyib.
Azərbaycan çempionu sözləşməsi gələn ilin yayında bitməli olan 26 yaşlı əcnəbini bir şərtlə ərəblərin sərəncamına verib.
”Beluizdad” Cicanı sonradan başqa bir kluba satarsa, bu keçiddən əldə etdiyi gəlirin 20 faizini ” Qarabağ”ın hesabına köçürəcək.
2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.
İdman.biz